02 dekabr 2022 - ci il tarixdə Xocalı şəhər 3 saylı tam orta məktəbdə "Uşaqların təhsildən yayınması hallarına qarşı mübarizə və sosial vəziyyət baxımından təhlükəli olan uşaqlara dəstək" mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Eldəniz Məhərrəmov açıq elan etdi. Mövzu ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirildi. Daha sonra məkəbin direktoru Eldəniz Məhərrəmov şagirdlərin təhsildən yayınmalarının əsas səbəblərindən danışdı və qeyd etdi ki, təhsildən yayınan uşaqlara əsasən sosial vəziyyət baxımından təhlükəli olan ailələrdə təsadüf edilir. Belə ki bu tipdən olan ailələrdə valideynlər uşaqların taleyi ilə maraqlanmır, onların tərbiyəsində laqeydlik göstərir, öz övladlarını taleyin ümidinə buraxırlar Bunların nəticəsində də belə ailələrdə böyüyən uşaqlar təhsildən yayınır, zərərli vərdişlərə meyillənirlər. Həmin uşaqların əksəriyyəti potensial narkomana çevrilirlər. Təhsildən yayınma hallarına erkən nikahlar da səbəb olur ki, bu da cəmiyyət üçün ən təhlükəli meyllərdən biridir. Bu kimi hallara qarşı mübarizə aparmaq birinci növbədə məktəbin və müəllimin üzərinə düşür. Biz bu qrupdan olan uşaqlara daim dəstək olmalı, onların reablitasiya olunmasında əlimizdən gələni əsirgəməməliyik.Məktəbin müəllimləri də mövzu ətrafında çıxış etdilər. Sonda mövzu ətrafında şagirdləri maraqlandıran suallar məktəbin müəllimləri tərəfindən cavablandırıldı.